ABŞ-ın Bağdaddakı səfirliyinə minaatanlarla zərbələr endirilib


Bağdadın mərkəzindəki “Yaşıl zona” minaatan atəşinə məruz qalıb.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, hücumların məqsədi ABŞ səfirliyi olub – diplomatik missiya kompleksinin yaxınlığına bir neçə “Katyuşa” tipli raket düşüb.
 
İraq mənbələri atəş nəticəsində azı bir ailənin yaralandığını bildirib. Ölənlərin olduğu istisna edilmir.//APA
 

DİGƏR XƏBƏRLƏR

Top