İran nüvə anlaşmasından imtina etdi


İran nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində 5-ci (sonuncu) addımı atıb.

İran dövləti bəyanat yayaraq elan edib ki, nüvə proqramının icrası ilə bağlı bundan sonra heç bir məhdudiyyət tətbiq etməyəcək.

Bəyanatda bildirilir ki, "İran İslam Respublikası nüvə sazişi ilə bağlı öhdəliklərin imtinası istiqamətində beşinci addımı atır. Belə ki, sentrifuqların sayında məhdudiyyəti ləğv edib. Bundan sonra uranın zənginləşdirilməsində, zənginləşdirilmənin faizində, zənginləşdirilmənin miqdarı, araşdırılması və inkişaf etdirilməsinə heç bir məhdudiyyət tətbiq etməyəcək".

Bəyanatda, həmçinin qeyd olunur ki, İran nüvə proqramını öz ehtiyacları əsasında inkişaf etdirəcək: "İran MAQATE ilə əməkdaşlığını öncədən olduğu kimi davam etdirəcək. Əgər sanksiyalar götürülərsə, İran öz mənafeyinə uyğun olaraq Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərini icra edəcək".//APA

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top