Rusiyadan çıxarılan azərbaycanlı soyadını dəyişərək iki dəfə sərhədi keçə bilib

Rusiya Federasiyasının Zabaykal Rayon Məhkəməsi iki dəfə ölkə sərhədini qanunsuz keçməkdə ittiham olunan Azərbaycan vətəndaşına hökm oxuyub. Məhkəmənin saytında verilən məlumata görə, azərbaycanlı soyadını dəyişdiribmiş.

“Təqsirləndirilən şəxsin təkrar inzibati icraatla əlaqədar Rusiya Federasiyasına 3 il müddətinə girişi qadağan edilib. Bu qadağanı pozmaq və Rusiya Federasiyasının ərazisinə daxil olmaq üçün təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının ərazisində soyadını dəyişərək yeni xarici pasport alıb. Bundan sonra o, yeni pasportundan istifadə edərək iki dəfə Rusiya Federasiyasına girə bilib”, - məlumatda bildirilir.

Məhkəmənin qərarı ilə azərbaycanlı 45 min rubl (1233 AZN) məbləğində cərimə olunub. Hələlik hökm qüvvəyə minməyib.//oxu.az

DİGƏR XƏBƏRLƏR

Top