Daha bir jurnalist deputatlığa namizədliyini irəli sürdü


“CBC” Televiziyasının əməkdaşı, jurnalist, sosioloq Ramil Baba 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

 

Yeniavaz.com Modern.az-a istinadən xəbər verir ki, o, 61 saylı Neftçala seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb. 

 

“Cənab Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, qanunverici orqanda da islahatların aparılması ilə bağlı təşəbbüsünü, eyni zamanda gənc kadrlara yüksək etimad göstərməsini alqışlayır, bu etimaddan ruhlanaraq doğulub boya-başa çatdığım Neftçala rayonundan deputatlığa namizədliyimi irəli sürməyi qərara aldım. Artıq imza vərəqələrini götürməyə hazırlaşıram. Qısa zamanda lazım olan imzanı toplayıb dairəyə təqdim edəcəm.

 

Qeyd edək ki, 61 saylı Neftçala seçki dairəsindən bundan əvvəl Milli Məclisin deputatı Arif Rəhimzadə mandat qazanmışdı. 

DİGƏR XƏBƏRLƏR

Top