"28 May" metrosu yaxınlığında bina yanır -YENİLƏNİB - VİDEO

Fövqəladə Hallar Nazirliyi yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi 195 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.



14.46
Bakıda yaşayış binasında yanğın baş verib.

Hadisə Süleyman Rəhimov küçəsində yerləşən binalardan birində qeydə alınıb. 

Hadisə şahidlərinin sözlərinə görə, binanın dam hissəsini tüstü bürüyüb. //BAKU.WS

 

DİGƏR XƏBƏRLƏR

Top