Sabah hava dumanlı olacaq


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər  bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  8-10° isti, Bakıda  gecə 4-6° isti, gündüz  8-10° isti olacaq.
 
Atmosfer  təzyiqi normadan yüksək 767 mm  civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 80-90 %, gündüz 60-70% olacaq.   
Yanvarın 6-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Sabah Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq. Bəzi  yerlərdə duman olacaq.  Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz  7-12°  isti,  dağlarda gecə 5-10° şaxta, gündüz  1-6° isti olacaq.
 
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top