“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Qala stansiyasında yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramovanın APA-ya veridiyi məlumata görə, bu gün saat 03:45 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin Qala stansiyasında yol-nəqliyyat hadisəsi baş verib.
Mais Mustafa oğlu Kərimovun idarə etdiyi 90-JB-417 dövlət nömrə nişanlı təcili tibbi yardım maşını stansiyanın yaxınlığındakı qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib.
Qəzanın nəticələri saat 06:45-də aradan qaldırılıb və qatarların hərəkəti bərpa olunub.
İlkin araşdırma nəticəsində məlum olub ki, təcili yardım maşınının sürücüsü “Yol hərəkəti haqqında Qanun”un 44-cü maddəsinin tələblərini pozub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.