Azərbaycanda gənc qadınlar dəm qazından zəhərlədi, biri öldü


Sabirabad rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

Şıxsalahlı kənd sakini, 1990-cı il təvəllüdlü Xəlilova Könül Vahid qızı hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb. O, Şirvan şəhər xəstəxanasına gətirilərkən yolda vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Xaçmaz rayonunda da dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Çaykənarı kənd sakini, 1995-ci il təvəllüdlü Hacıbalayeva Gültəkin Zahid qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon  Xəstəxanasına yerləşdirilib. 

Onun müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir. 

Hadisənin səbəbləri araşdırılır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top