İraqa ardıcıl raket zərbələri endirilib - Hədəf ABŞ səfirliyi və hərbi bazasıdır


İraqda silsilə partlayışlar baş verib.

Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, əvvəlcə  Bağdadın "yaşıl zona” adlandırılan ərazisində partlayış olub. Hökumət binaları və diplomatik nümayəndəliklərin yerləşdiyi həmin bu əraziyə minaatanlardan zərbələr endirilib. ABŞ səfirliyi də həmin bu ərazidə yerləşir. 5 nəfərin xəsarət aldığı bildirilir.

Daha sonra ABŞ-ın İraqdakı "Balad" aviabazasına 3 raket atılıb.

"Katyuşa" tipli raket hücumu nəticəsində insan tələfatının olmadığı bildirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top