Elmar Məmmədyarov Süleymaniyə görə İrana başsağlığı verib - RƏSMİ


Bu gün Xarici İşlər naziri Elmar Məmmədyarovun İran İslam Respublikasının Xarici İşlər naziri Cavad Zərif ilə telefon söhbəti baş tutub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər. Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. Nazir Məmmədyarov general Qasım Süleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin başsağlığı bildirib.
Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.

DİGƏR XƏBƏRLƏR

Top