Jirinovski İrana məsləhət verdi: Liviya kimi olmaq istəmirsinizsə...

Rusiya Liberal Demokrat Partiyasının lideri qalmaqallı siyasətçi Vladimir Jirinovski yenə maraqlı açıqlamalarla diqqət çəkib. 

Rus siyasətçi öz “Telegram” kanalında paylaşım edərək İrana məsləhətlər verib. 

Jirinovski qeyd edib ki, ABŞ-ın İran generalını öldürməsi bu ölkənin yaxın şərq haqqında işğalçı planlarından xəbər verir:  

“ABŞ indi cəhd edir ki, Rusiya və Çinə də zərbələr endirsin. Onların məqsədi yaxın şərqdəki alovu regionun bütün dövlətlərinə yaymaqdır. İran isə bu ssenaridən qaçmaq istəyirsə, bizimlə iş birliyi etməlidir. Onlar bizə kömək üçün müraciət etməli, Rusiya isə Hind okeanı sahillərində hərbi-dəniz bazası, eləcə də hərbi hava və quru qoşunları bazaları yerləşdirməlidir.  

Bundan əlavə, İrana hava hücumundan müdafiə qurğuları da sata bilərik ki, öz səmalarını düşmən qoruya bilsinlər. Əgər bütün bunları eləsə, İran yaşayacaq, əks halda onu da Liviyanın taleyi gözləyir. Biz əlbəttə ki, bunu arzulamırıq”.(oxu.az)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top