Sumqayıtda mənzildən kişi meyiti tapıldı

Sumqayıtda mənzildən kişi meyiti tapılıb.

Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1984-cü il təvəllüdlü Babayev Adışirin Nadir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top