İran generalı Süleymaninin qisas planını açıqladı: “Təl-Əviv və 35 nöqtə…”


İran İnqilab Keşikçilərinin generallarından Cüməli Əbuhəmzə ABŞ-I təhdid edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Qasım Süleymaninin öldürülməsinin qarşılığında ABŞ-I əllərinin uzandığı hər yerdə cəzalandıracaqlarını bildirib.
“Tasnim” xəbər agentliyinin iddiasına əsasən general bu sözlərlə Bəsrə körfəzindən keçən ABŞ gəmilərini işarə edib. Əbuhəmzə bildirib ki, Hörmüz boğazı Qərb üçün böyük əhəmiyyətə malikdir: “Amerikanın bir çox mülki və hərbi gəmisi həmin boğazdan keçir. Ərazidəki ABŞ-a məxsus əhəmiyyətli nöqtələr İran tərəfindən müəyyənləşdirilib. Təl-Əvivlə yanaşı 35 ABŞ hədəfi əlimizin altındadır”.

DİGƏR XƏBƏRLƏR

Top