Konor Makqreqor Həbib Nurməhəmmədovu yenə təhqir etdi


Sabiq UFC çempionu Konor Makqreqor əmindir ki, Həbib Nurməhəmmədov qorxduğu üçün onunla revanş döyüşündən qaçır.

Yeniavaz.com qol.az-a istinadla xəbər verir ki, irland döyüşçü bu barədə belə deyib:
«O, titrəyir. Bu adam qorxudan titrəyir. Nurməhəmmədov bu döyüşü istəmir. Onun iylənmiş qoxusunu hiss edirəm. O, sadəcə və sadəcə qorxur. Amma hamı revanş istəyir. Bunu Dena Uayt da, biz hamımız da istəyirik. O, bu döyüşdən qaça bilər, amma gizlənə bilməz. Mən bizim görüşü gözləyirəm”.

DİGƏR XƏBƏRLƏR

Top