Cadu pozmaq adı ilə dələduzluq edən FHN-in keçmiş əməkdaşı barədə QƏRAR VERİLDİ

Məhkəmə rüşvətə görə həbs edilən Fövqəlada Hallar Nazirliyinin keçmiş əməkdaşı ilə bağlı qərar verib.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Bakıda dələduzluqda və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən İbrahim Bağırov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İbrahim Bağırov səkkiz il müddətinə azadlıqdan məhrum edilib. İttihama əsasən, Fövqəladə Hallar Nazirliyində (FHN) inspektor işləyən İbrahim Bağırov özünü müxtəlif qurumların vəzifəli şəxsi kimi təqdim edərək, vətəndaşlardan işə düzəltmək adı ilə pul alıb və vədinə əməl etməyib.

İbrahim Bağırov Qaratel Əhmədova və onun qohumlarından müxtəlif adlarla, o cümlədən, cadu pozmaq adı ilə pul və qızıl əşyaları alaraq, dələduzluq etməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

DİGƏR XƏBƏRLƏR

Top