Süleymaninin anım mərasimi keçirilir - VİDEO - YENİLƏNİB

Xəbərə video əlavə olunub.


***       13:25

Bağdad hava limanında ABŞ aviasiyasının raket zərbələri nəticəsində öldürülən SEPAH-ın “Əl Qüds” bölməsinin komandanı, general Qasım Süleymani ilə “Haşdi Şabi” komandirinin müavini Əbu Mehdi əl-Mühəndisin anım mərasimi keçirilir.

Anım mərasimi İraqın Kazımeyn şəhərindədir.

İranın Bağdaddakı səfiri İrec Məscidi bundan əvvəl demişdi ki, anım mərasimi Kazımeyndən sonra Bağdadda baş tutacaq.

Qeyd edək ki, Bağdaddakı mərasimdən sonra cənazə Tehrana aparılacaq. Tehran Universitetində bazar günü İranın Ali rəhbəri Əli Xameneinin də iştirak edəcəyi ikinci vida mərasimi keçiriləcək.

Bundan sonra cənazə Süleymaninin doğma şəhəri Kirmana dəfn üçün aparılacaq.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top