Pərvinin sevgilisi və ölən qardaşı ilə bağlı Konstitusiya Məhkəməsindən AÇIQLAMA - YENİLƏNİB

Konstitusiya Məhkəməsinin Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Aslanov Trend-ə açıqlamasında Aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytinantı Murad Abdullayevin və ölmüş qardaşı Cavid Abdullayevin Konstitusiya Məhkəməsinin hakimi Fərhad Abdullayrvlə heç bir qohumluq bağının olmadığını bildirib.

Yeniavaz.com xəbər verir ki, T. Aslanov yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib və ölən şəxsin Fərhad Abdullayevlə heç bir qohumluq əlaqəsinin olmadığını deyib:

“Bildirmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin cəmi bir qardaşı var. Onun adı Cavad Abdullayevdir, uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb və hazırda təqaüddədir.

Cavad Abdullayevin isə iki oğlu var - Sahib və Rüstəm. Hadisədə adları çəkilən şəxslərin isə heç biri Fərhad Abdullayevin qohumu deyil. Yayılan məlumatlar tam əsassızdır”.

***    11:22

Aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytinantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev müəmmalı ölümü ilə bağlı ölkə mətbuatında xəbərlər yayılsa da, onun kimliyi tam açıqlanmayıb.

Yeniavaz.com xəbər verir ki, criminal.az saytı Ukraynanın paytaxtı Kiyev şəhərində 2019-cu ilin dekabrın 31 yatıb, yuxudan oyanmayan Cavidin Konstitutsiya Məhkəməsinin sədri Fərhad Abdullayevin qardaşı oğlu olduğunu iddia edib.

Atası Mehdi Abdullayev isə Bakıda tanınmış brilliant mağazalar şəbəkəsinin rəhbəridir. Onun cənazəsi artıq Bakıya gətirilsə də, ölüm səbəbi haqda açıqlama verilmir.

Məlum olan odur ki, Pərvin Abıyeva, "Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və hər iki qardaş - Murad və Cavid Abdullayevlər Yeni ili Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən "CHI club Kiev”də keçiriblər. Amma bayram gecəsi Cavid hansı səbəbdən ölməsi hələlik naməlumdur.

Xatırladaq ki, Murad Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı rəsmi məlumatda qeyd olunurdu ki, "Polis haqqında” Qanunun və "DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən Daxili İşlər Orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, polis nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

DİGƏR XƏBƏRLƏR

Top