Bakıda sürücü qəza törədib hadisə yerindən qaçdı - ANBAAN VİDEO

Bakıda qəza törədib hadisə yerindən yayınan sürücünün görüntüsü qeydə alınıb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, hadisə Füzuli küçəsində baş verib.

Həmin küçədəki yolun sol zolağında hərəkətdə olan 99-NS-805 qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü sağa qəfil manevr edərək həmin zolaqda olan avtomobili vurub.

Sürücü dayanıb avtomobildən düşənə kimi, “Opel” markalı avtomobilin sürücüsü hərəkətə başlayaraq hadisə yerindən qaçıb.

DİGƏR XƏBƏRLƏR

Top