Lavrov Qasım Süleymaninin öldürülməsini pisləyib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığında vurğulayıb ki, iranlı general Qasım Süleymaninin öldürülməsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

"Bağdad aeroportuna zərbənin gedişatında Qasım Suleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsi ilə əlaqədar vəziyyət müzakirə edilib”, - deyə Rusiyanın xarici siyasət idarəsində qeyd ediblər.

Lavrov vurğulayıb ki, BMT-yə üzv dövlətin rəsmi nümayəndələrinin üçüncü suveren dövlətin ərazisində BMT-nin üzvü olan digər dövlət tərəfindən öldürülməsi ilə bağlı məqsədyönlü aksiya beynəlxalq hüquq prinsiplərini kobud şəkildə pozur və qınanılmağa layiqdir.//Report

DİGƏR XƏBƏRLƏR

Top