Oqtay Gülalıyevin səhhətində daha bir irəliləyiş


Xəbər vermişdik ki, Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.

Hüquq müdafiəçisinin səhhətində irəliləyiş davam edir.

O.Gülalıyev yaxınları ilə "whatsapp" vasitəsi ilə əlaqə qurmağa başlayıb. 

Bildirilir ki, o, "whatsap" görüntüsü ilə danışarkən, deyilənləri hiss edir, başını silkələyir. Amma sualları hələlik cavablandıra bilmir.

O hüquq müdafiəçisi olan dostu Taleh Xasməmmədovla da "whatsap" vasitəsi ilə əlaqə saxlayıb. (unikal.org)

DİGƏR XƏBƏRLƏR

Top