Mingəçevirdə torpaq sahəsinin qiymətində artım müşahidə olunur


Mingəçevirdə torpaq alıb ev tikmək istəyənlərin sayı artıb.
Relitor Aydın Heydərov deyir ki, şəhər ərazisində mərkəz hissədə 1 sot torpaq sahəsi üçün 12-15, kənar hissələrdə isə 1000 manat ödəniş etməklə torpaq almaq mümkündür:  "Mingəçevirdə torpaq sahəsinin baha satıldığı ərazilər əsasən Kür çayının sahilləri, şəhərin mərkəz tərəfləri hesab edilir. Hazırda şəhər sakinləri hazır evlərə deyil, torpaq sahəsi alıb mənzilləri istədikləri formada tikməyə üstünlük verirlər".
Şəhər sakinləri isə bildirir ki, Mingəçevirdə ötən illərlə müqayisədə torpaq sahələrinin qiymətində artım var. Sakin Vasif Məmmədov bildirir ki, daha çox bahalaşma mərkəz hissədə satılan ərazilərdə hissə olunur: "İl-ildən torpağın qiymətində artım var. Ötən il torpaq almadım ki, bəlkı bu il qiymət düşər amma əksinə oldu. İndi fikirləşirəm ki, gərək bundan əvvəlki illərdə torpaq alıb evi tikdirərdim.  Buna görə bəzi mənim kimi torpaq almaq fikirində olanlar hələ də  gözləmə möveyindədilər".


Esmira Hidayətova, Mingəçevir.
 

 
 

DİGƏR XƏBƏRLƏR

Top