İsmayıllı sakini istilik sistemi düzəltdi: Yanacağı 3 dəfə az istifadə edir - VİDEO


İsmayıllı rayonunun Topçu kənd sakini Vəliyev Əmrah evin qızdırılması üçün yeni üsula əl atıb. O, su qızdırıcıda dəyişiklik edərək evin isidilməsi üçün kombi düzəldib.

Yeniavaz.com xəbər verir ki, Əmrah Vəliyev deyir ki, su qızdırıcısını evində işlədəndə fikirləşib ki, bu cihazdan kombi də düzəltmək olar.

Əmrah Vəliyev fikirləşdiyi kimi lazım olan avadanlıqları alıb və evdə istilik sistemi düzəldib. Hazırda evini özünün düzəltdiyi sistemlə qızdırır.

Onun düzəltdiyi kombi həm ucuz başa gəlir, həm də qaza qənaət edir. Yanacaq 3 dəfəyə qədər az istifadə edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

DİGƏR XƏBƏRLƏR

Top