Bakıda yola çıxan inək qəzaya səbəb oldu, xəsarət alan var


Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, yol kənarına çıxan inək səbəbindən Ağayev Kamran Şakir oğlu idarə etdiyi 90-UC-419 dövlət nömrə nişanlı "Daewoo" markalı avtomobili, 99-TN-821 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilə çırpıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib. 

Qəza zamanı 26 yaşlı Ağayev Kamran Şakir oğlu xəsarət alıb. //Report

DİGƏR XƏBƏRLƏR

Top