“Yuventus” Ronaldu ilə bağlı qərarını verdi


“Yuventus” komandanın liderlərindən biri, 34 yaşlı hücumçu Kriştianu Ronaldu ilə müqaviləni uzatmaq niyyətindədir.
Məlumata görə, portuqaliyalının agenti Jorje Mendeş dekabr ayının axırında artıq İtaliya klubunun rəhbərliyi ilə danışıqlar aparıb.
Yeni müqavilədəki bəndlərdən biri müqaviləni başqa bir mövsüm üçün uzatmaq üçün bir seçim olacaq.
Bu zaman futbolçunun əmək haqqı əvvəlki həcmdə - ildə təxminən 35 milyon avro qalacaq.

Xatırladaq ki, portuqaliyalı “Yuventus”a 2018-ci ilin yayında 115 milyona yaxın məblğə Madridin “Real” klubundan keçib. O, ötən müddətdə İtaliya çempionu (2019) və İtaliya Superkubokunun (2018) sahibi olub. O. Turin klubunda ümumilikdə 64 oyunda meydana çıxıb, 40 qol vurub və 12 məhsuldar ötürmə verib.(lent.az)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top