"5 min manat pulumuz, toy üçün aldığımız qızıllar yandı" - Mingəçevirdə yanğın


Mingəçevirdə məcburi köçkünlərin yaşadığı yataqxanada  yanğın olub.
Yeniavaz.com xəbər verir ki, hadisə şəhərin Naxçıvan 31 ünvanında məcburi köçkünlərin yaşadığı 5 mərtəbəli yataqxananın 5-ci mərtəbəsində qısaqapanmadan baş verib. Belə ki, 4 otaqlı mənzilin bir otağı əşyaları ilə brgə tamamilə yanıb. Hadisə yerinə Mingəçevir Yanğından Mühafizə briqadasının 4 maşını və təcili yardım briqadası gəlib. Yanğın zamanı xəsarət alan olmasa da ev sahiblərinə ciddi ziyan dəyib.

Ev sahibi Samir Kərimov yeniavaz.com saytına bildirib ki, yanğın zamanı evinin bütün əşyaları yanıb: ”1 otaqda 10 nəfər ailə qalırıq. Onsuz da çətin olan vəziyyətimiz daha da çətinləşdi. 29 yaşlı qardaşımın toyu olası idi. 5 min manat pulumuz və toy üçün aldığımız qır-qızıl yanıb. Evdən heçnə çıxara bilmədik. Yoldaşım iki az yaşlı uşaqları alovun içərisindən bir təhər çıxarıb. Vəziyyətimiz çox acınacaqlıdı”. Qeyd edək ki,yanğın zamanı digər otaqlarda ziyan dəyib. 

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top