Tanınmış həkimin deputatlığa namizədliyi qeydə alındı


Tanınmış həkim Vasif İsmayılın növbədənkənar parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyi qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb: “Bu gün 41 saylı Dairə Seçki Komissiyasından əlaqə saxladılar. Bildirdilər ki, parlament seçkilərində namizədliyim qeydə alınıb. İmzatoplamada mənə yardım edən, imzasını verən, dəstək göstərən bütün Sumqayıt sakinlərinə öz təşəkkürümü bildirirəm!”

Qeyd edək ki, tibb üzrə fəlsəfə doktoru olan Vasif İsmayıl uroloq-androloq kimi fəaliyyət göstərir. 

 

DİGƏR XƏBƏRLƏR

Top