Dörd nəfərin öldüyü qəza ilə bağlı yeni məlumatlar üzə çıxdı - VİDEO


Şirvan şəhərində "Hyundai Santafee" markalı avtomobillə üç qadın sərnişin və sürücünün dünyasını dəyişməsi ilə baş vermiş qəzanın bəzi detalları üzə çıxıb. Məlum olduğu kimi, həmin hadisə ilə bağlı cinayət işi açılaraq araşdırma aparılır. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, sürücünün hərəkət etdiyi orta sürət 110 km/saat sürət olub. Bu o deməkdir ki, sürücü bəzi ərazilərdə 60-70 km saat sürətlə hərəkət etmiş olsa da belə, bəzi yerlərdə hərəkət sürətini 160-170 km saat sürətə kimi yüksəldib. Qəza olan anında isə avtomobilin sürəti 110 km/saatdan artıq olub. 
Kamera görüntüləri ilə aparılan müşahidələr başqa məqamları da ortaya çıxarıb. Təxminən 10-a yaxın baxılan görüntüdə sürücünün mobil telefondan istifadə etdiyi və yaxud da telefonu əldə saxladığı əksini tapıb. Hal hazırda araşdırmalar davam edir.
Bu hadisə bir daha sürücülərin sükan arxasında diqqətli olmasını, sürət həddini aşmamasını və mobil telefondan istifadə etməməsini gündəmə gətirir. 
Onu da qeyd edək ki, qəza baş verən ərazidə yolun bir neçə hissəsi çökərək yararsız hala düşüb. Həmin yolda yüksək sürətlə hərəkət edən nabələd sürücülər çökmüş yola daxil olan zaman avtomobil idarəetmədən çıxaraq qəzaya səbəb olur. Bununla bağlı Şirvan şəhər sakinləri avtosfer.az-a müraciət edib və biz bu  məsələni işıqlandırmışıq.
Ümid edirik ki, aidiyyəti qurumlar həmin ərazidə təcili tədbirlər görəcək.

 

 

DİGƏR XƏBƏRLƏR

Top