
Sumqayıt şəhərində məcburi köçkün intihara cəhd edib.
Hadisə şəhərin 40-cı məhəlləsində məcburi köçkünlərin məskunlaşdığı binaların birində baş verib.
51 yaşlı Rahil İsmixan oğlu Quliyev yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.
Onun onkoloji xəstə və yeni əməliyyat olunduğu bildirilir.
Ağrılara dözməyən kişinin özünü öldürməyə cəhd etdiyi deyilir.
O, ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(APA)
Tətbiqimizi yükləyə bilərsiniz