2019-cu ildə İsrail hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb


Ötən il İsrail hərbçiləri tərəfindən 149 fələstinli öldürülüb.

Bu barədə Fələstinin Şəhid Ailələri Milli Cəmiyyətinin xəbərində deyilir.

Qeyd edilir ki, öldürülənlər arasında 33 uşaq və 12 qadın da var.

Təşkilatın məlumatına görə, həlak olmuş 112 fələstinli Qəzza sektorunun sakini olub. Daha 37 fələstinli İordan çayının işğal edilmiş qərb sahilində, 69 nəfər isə İsrailin Hərbi Hava Qüvvələrinin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olub.

BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin məlumatına görə, 2018-ci ildə Qəzza sektorunda və İordan çayının qərb sahilindı İsrail hərbçiləri tərəfindən 295 fələstinli öldürülüb.//Report

DİGƏR XƏBƏRLƏR

Top