Marşal Xəlifə Haftar Tripoliyə hücumu dayandırsa, Ankara öz qoşunlarını Liviyaya göndərməkdən imtina edə bilər.
Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
Türkiyə parlamenti yanvarın 2-də Liviyaya türk hərbçilərinin göndərilməsinə icazə verib-verməyəcəyinə qərar verəcək. Ölkənin müdafiə naziri Hulusi Akar qoşun göndərməklə bağlı hazırlıqlara başlanıldığını bildirib.
Vitse-prezident əlavə edib ki, Haftar "hücumlarını davam etdirərsə", Tripolidə olan Liviya hökumətinin razılığı əsasında oraya ordu göndəriləcək.//APA