Mourinyo rəqib məşqçinin bloknotuna baxdı - sarı vərəqə aldı


Londonun "Tottenhem" komandasının baş məşqçisi Joze Mourinyo İngiltərə çempionatının "Sautqempton"a qarşı matçında rəqibin komandanın məşqçi qərargahının üzvünün bloknotuna baxdığına görə sarı vərəqə alıb.

"Mən pis hərəkət etdim və sarı vərəqəyə layiq idim, amma mən özümü giclə bağlı kobud apardım", - Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında öz hərəkətini şərh edib.

Mourinyo noyabrın 20-dən "Tottenhem"ə başçılıq edir. Komanda onun rəhbərliyi altında İngiltərə çempionatında doqquz matç keçirib. Bu qarşılaşmalardan biri heç-heçə ilə nəticələnib, "Tottenhem" üç oyunda məğlubiyyətə uğrayıb, matçların beşində isə qələbə qazanıb.

"Tottenhem" səfər matçında "Sautqempton"a 0:1 hesabı ilə uduzub. Qarşılaşmada yeganə qolu 17-ci dəqiqədə meydan sahiblərini nheyətində Denni İnqs vurub. Bu, 27 yaşlı futbolçunun cari mövsümdə 13-cü qolu olub. //Report

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top