"Azəriqaz"dan 99 999 manatlıq iddia


Azərbaycanda dövlət qurumu məhşur şirkətə qarşı külli miqdarda borcun ödənilməsi ilə bağlı məhkəmə iddiası qaldırıb.

Yeniavaz.com-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, “Azəriqaz” İstehsalat Birliyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan “As Aqro Co” MMC-nin təbii qazdan istifadəyə görə 99 999 AZN borcu yarandığını bildirib.

“Azəriqaz” bu borcun və məhkəməyə müraciət üçün ödənilən 30 AZN dövlət rüsumunun şirkətdən tutularaq onlara ödənilməsini tələb edib. 

İddia icraata qəbul edilib. 

Qeyd edək ki, “As Aqro Co” MMC tikinti və başqa sahələrdə fəaliyyəti ilə tanınan “AS Group İnvestment” şirkətinin balansındadır. 

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top