Azərbaycanda hava şəraiti kəskin dəyişəcək - ÖNCƏGÖRMƏ

Sabahdan Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a verilən məlumata görə, bir necə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan 3-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın cişkinli olacağı, yanvarın 4-ü gündüzdən 5-i gündüzədək isə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında yanvarın 2- si axşamdan 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 2-si gündüz, 3-də arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək. Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top