Sabah Bakıda hava küləkli olacaq, dağlıq rayonlara qar yağacaq


Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  8-12° isti, Bakıda  gecə 4-6° isti, gündüz  10-12° isti olacaq.
Atmosfer  təzyiqi normadan yüksək 762 mm  civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 % olacaq.   
Yanvarın 2-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə  yağış, dağlıq ərazilərdə qar  yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Gündüz arabir güclənən qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 0-5° isti, gündüz  7-12°  isti, dağlarda gecə 0-5° şaxta, gündüz  1-6° isti olacaq.

DİGƏR XƏBƏRLƏR

Top