2020-ci ilin ailə sevinci: Mingəçevirdə yeni il gecəsi 5 oğlan uşağı dünyaya gəldi - FOTOLAR


Mingəçevir Mərkəzi xəstəxananın doğum şöbəsində yeni il gecəsi 5 oğlan uşağı dünyaya gəlib, onlardan ikisi əkizdir.
Bu barədə Yeniavaz.com saytına məlumat verən xəstəxananın həkim neotoloqu Nazilə Nürəddinqızı bildirdi ki, 2020-ci ilin ilk günü gecə saat 12-dən sonra 5 oğlan uşağı dünyaya gəlib: “Onlardan ikisi əkizdir. Hal-hazırda anaların və uşaqların vəziyyəti kafidir. Analar yeni doğum etdiklərinə görə intensiv şöbədədilər”.

7 ildən sonra yeni ildə ailəyə iki oğlan uşağı dünyaya gətirən Günay Mikayılova Yeniavaz.com saytına məlumat verərək bildirdi ki, 7 ildir övladı olmayıb: “2020-ci ilin ilk günü iki əkiz oğlan dünyaya gəldi. Çox sevincliyəm, uşaqların da vəziyyəti yaxşıdır. Çox böyük sevinc hissi yaşayıram, ailəmə yeni ildə bu şirinləri bəxş etdiyim üçün”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top