Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə vurması ilə əlaqədar üzr istəyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Papa Fransisk deyib ki, dözümlülük sevgidir.
Müqəddəs Petr meydanında Yeni illə bağlı katoliklərə müraciət edən Roma Papası bildirib ki, bəzən dözümü itiririk: “Dünən də mən dözümü itirmişdim. Buna görə də mən dünənki pis nümunəyə görə üzr istəyirəm”.
***13:17
Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə endirib.
Videogörüntü “CBS News” telekanalının “Twitter” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.
Kadrlardan görünür ki, dəmir çəpərin arxasında olan qadın Roma Papasının əlindən tutur. Roma Papası qadının hərəkətinə dərhal reaksiya verir, bir neçə dəfə digər əli ilə qadının əlinə zərbə endirir.
Dərhal hadisəyə Roma Papasının mühafizəçiləri müdaxilə edir.
NOPE FROM THE POPE: While greeting people in St. Peter's Square on New Year's Eve, Pope Francis had to pull himself away from a woman who grabbed his hand and yanked him toward her. https://t.co/umkpOnbbX6 pic.twitter.com/0XzxtWTMUd
— CBS News (@CBSNews) 31 Aralık 2019