Azərbaycanda bu şəxslər dörd min manatadək cərimələnəcək - QADAĞA


Bu gündən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələr tətbiq olunacaq.

Yeniavaz.com xəbər verir ki, bu, prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda öz əksini tapıb.
Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə cərimələrin məbləği məlum olub.
Bu məsələ Prezident İlham Əliyev tərəfindən yeni təsdiqlənən İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. Məcəlləyə edilən yeni əlavəyə əsasən, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə yayımlanmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək məbləğdə cərimələnəcəklər.
Hüquqşünas Xəyal Bəşirov deyir ki, dəyşikliklə inzibati xətalar məcəlləsinə 388-2-ci maddə əlavə edilib ki, burda da uşaqların zərərli informasiyada qorumnası haqqında qanunun pozumlası halları barədə ətraflı məlumat verilib.
Eyni zamanda, "18+'' yaş kateqoriyasına aid informasiya və ya kino yaş kateqoriyası haqqında xəbərdaredici işarə qoyulmadan yayılarsa və yaxud da yayımlanarsa həmin şəxslər də cərimə ediləcəkərlər. Hüquqşünas deyir ki, bəzi obyekt sahibləri xüsusi ilə də uşaq əyləncə mərkəzlərini işlədənlər belə məsələlərdə maksimum dərəcədə diqqətli olmalıdırlar.

DİGƏR XƏBƏRLƏR

Top