Sürücü qəza törətdikdən sonra hadisə yerindən qaçdı


Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.İki “Me
rcedes” markalı minik maşınları toqquşub. Qəza zamanı 1972-ci il təvəllüdlü Hacıyev İlqar İmran oğlu və 1959-cu il təvəllüdlü Məmmədova Yasəmən Ənvər qızı xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.
Qeyd edək ki, sürücülərdən biri hadisədən sonra qaçıb. 
Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top