ABŞ-dan İraqdakı hadisələrlə bağlı AÇIQLAMA


ABŞ-ın İraqdakı səfirliyinin etirazçıların hücumuna məruz qalması haqqında ölkənin Xarici İşlər naziri Mayk Pomeo açıqlama verib:
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Pompeo İraqdakı amerikalıları qoruyacaqlarını və müdafiə edəcəklərini bildirib: “İraq Prezidenti və Baş naziri ABŞ vətəndaşlarının həyatına zəmanət verib”.
Qeyd edək ki, bu gün ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Onlar bu ayın 29-da ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etiraz edirlər.

DİGƏR XƏBƏRLƏR

Top