Saatlı rayonunda yol qəzası baş verib.
Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Hacıqabul-Horadiz avtomobil yolunun rayonun Qıraqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.
Faktla bağlı araşdırma aparılır.
 
                             
                    
 Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                