Azərbaycanda faciəvi qəza - oğul öldü, ata ağır xəsarət aldı


Gədəbəydə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, hadisə rayonun mərkəzin qeydə alınıb.
Hərəkətdə olan “Volkswagen Passat” və “VAZ 2109” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı “VAZ 2109”un sürücüsü, 1975-ci il təvəllüdlü Fərman Həsənov İsa oğlu və onun atası 1936-cı il təvəllüdlü İsa Həsənov Afdandil oğlu ağır xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Həkimlərin səyinə baxmayaraq, Fərman Həsənovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı  araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top