ABŞ-ın İraqdakı səfirliyi təcili boşaldılıb

Aksiyaçılar ABŞ-ın Bağdaddakı səfirliyinin binasına daxil olublar.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, daha əvvəl ABŞ rəsmiləri səfirliyin binasının təcili boşaldıldığını açıqlayıblar.

 Etirazçılar binanın bir hissəsində yanğın törədiblər.

Qeyd edək ki, bu gün ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında etiraz aksiyası başlayıb. Onlar bu ayın 29-da ABŞ hərbi qüvvələrinin İraqda "Xətaib Hizbullah" qruplaşmasının mövqelərinə endirilən zərbə nəticəsində onlarla döyüşçünün ölməsi və yaralanmasına etiraz edirlər.

DİGƏR XƏBƏRLƏR

Top