Azərbaycanın iki rayonunda qəza baş verib - xəsarət alanlar var


Gədəbəy və Tovuz rayonlarında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, Gədəbəydə hadisə rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Tovuz rayonunda isə Aşağı Quşçu kənd ərazisində "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq digər iki "VAZ-2106" markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində avtomobillərin birində sərnişin olan 1974-cü il təvəllüdlü Afət Musayeva yüngül xəsarət alıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top