Kimlərə Yeni il salatları olmaz – Mayonezin zərərləri


Bu gün axşamdan düz 3 gün bayram günlərində əhalinin çoxu bayram süfrələrində qəlyanaltı kimi müxtəlif salatlar, xüsusən məşhur mayonezli salatlar yeyəcək, özü də o qədər miqdarda ki, bu qədər salatı heç bir il boyu yeyə bilməyib.


Yeniavaz.com Medicina.az-a istinadən mayonezin zərərləri və kimlərə məsləhət olmaması barədə materialı təqdim edir.

Marketlərdə satılan mayonezlər yüksək yağlılıq dərəcəsinə malikdir, tərkibində dadlandırıcı və konservantlar çoxdur.

Belə ki, mayonez nə qədər çox yağlı olsa, bir o qədər qatı və dadlı olur. Mayonezdə isə trans yağlar çoxdur. Bu yağı insan orqanizmi mənimsəyə bilmir, yağ qalıqları damar divarlarında çökür. Mayonezin yağlılığı xama və yoqurtu 2-3 dəfə üstələyir.


Emulqatorlar, dad gücləndiricilər, konservantlar isə mayonezin konsistensiyasını, uzun müddət qalmasını təmin edir. Mayonezdə olan mikroböldürücü maddələr bağırsağımızdakı faydalı bakteriyaları da məhv edir, disbakterioz, yəni həzm, qarın pozuntusu yaradır.


Eləcə də mayonezdə olan pektin, jelatin, nişasta, süd konsentrantı da qaraciyər, mədəaltı vəz üçün zərbədir.

Bir sözlə, mayonez icad olunduğu dövrdə necə idisə, o tərkibdən əsər-əlamət yoxdur. Bir yolunuz qalır: evdə təbii mayonez hazırlamaq, hansı ki, dadı fərqli, ömrü azdır, ya da mayonez əvəzinə təbii yoqurt, xama və digər souslar istifadə etmək.


Mayonezdən hazırlanan salatlar hazırlandıqdan 3-5 saat sonrakı müddətdə yeyilib bitirilməlidir. Mayonezli salatların bir müddət saxlanması, soyuducuda və ya otaqda çox qalması, isidilməsi və s. salatdan zəhərlənmə riskini artırır.


Kimlərə bol mayonezli salat olmaz?


- Piylənmədən əziyyət çəkənlər

- Maddələr mübadiləsi pozulması olanlar

- Öd əməliyyatı keçirənlər


- Ürək xəstəliyi olanlar

- Mədə-12 barmaq bağırsaq, nazik bağırsaq xorası olanlar

- II tip diabet xəstələri

- Hamilələr


- Qida allergiyası olanlara

- Disbakteriozu olanlar

- Mədə turşuluğu çox olanlar


- Qaraciyər piylənməsi olanlar

- Damar tıxanması, atoresklerozu olanlar
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top