Gəncədə üç nəfər dəm qazından zəhərləndi - Biri azyaşlıdır


Gəncədə 3 nəfər dəm qazından zəhərlənib.

Yeniavaz.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhərin Şahlar Hüseynov küçəsinə yas mərasiminə gedən şəhər sakini, 26 yaşlı Gülər Quluzadə və o evdə olan 5 yaşlı Nurlan İsmayılov anası ilə birgə dəm qazından zəhərləniblər. G.Quluzadə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına, Nurlan isə 2 saylı Birləşmiş Uşaq xəstəxanasına yerləşdirilib. 

Başqa bir zəhərlənmə hadisəsi isə şəhərin Gülüstan qəsəbəsində baş verib. Orada yaşayan 30 yaşlı Aygün Məhərrəmova vanna otağında dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. 

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top