Roza yenicə bələdiyyə üzvü seçilən oğlunu evləndirir


Demişdim ki, öncə övladımın verdiyi qərarla tanış olaram, sonra özüm qərar verərəm. Oğlumun da seçimi elə gözəl olub ki... “

Yeniavaz.com xəbər verir ki, bu sözləri lent.az-a müsahibəsində müğənni Roza Zərgərli deyib. İfaçı yenicə bələdiyyə üzvü seçilən oğlu Corcu evləndirəcəyini açıqlayıb:
“Demişdim ki, öncə övladımın verdiyi qərarla tanış olaram, sonra özüm qərar verərəm. Oğlumun da seçimi elə gözəl olub ki... Mən də o seçimlə razı oldum. Əsgərliyi yeni bitirib. Öz işini qurur, evinin təmiri ilə məşğuldur. Mənə deyir ki, ailə qurub, xanımımı sənin evinə niyə gətirim? Deyir ki, ailə qururamsa, öz ayağım üstündə durmağı bacarmalıyam. Məndən olsaydı, artıq bu il evliydi. Allah qoysa, 2020-ci ildə ailə qurar”.

DİGƏR XƏBƏRLƏR

Top