Diabet xəstələrinin sayı 2,5 dəfə artıb


Cari ildə şəkərli diabet xəstəliyi ilə əlaqədar 22 611 nəfər ilk dəfə qeydiyyata götürülüb. 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda respublikada “Şəkərli diabet xəstəliyi üzrə” üçüncü Dövlət Proqramı icra olunur. Proqramların icra müddəti ərzində şəkərli diabetlə əlaqədar qeydiyyata götürülən xəstələrin sayı təxminən 2,5 dəfə artıb. 
Belə ki, 10 il öncə şəkərli diabet xəstələrinin sayı 108 min olubsa, 2019-cu ildə ölkədə 267 273 şəkərli diabet xəstəsi qeydiyyata alınıb, onlardan 1717 nəfəri 18 yaşadək olan uşaqlardır, 22 611 nəfər ilk dəfə qeydiyyata götürülənlərdir ki, onlardan 1617 nəfəri insulindən asılıdır. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top