Bakıda ərəb turisti soydular

Bakıda Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) vətəndaşının maşınını soyublar.

Oğurluq paytaxtın Səbail rayonu, Ə.Yaqubov küçəsi 6 ünvanında baş verib.

Belə ki, sözügedən ünvanın qarşısında dayanan “Mercedes-Benz” markalı avtomobilin açıq qapısıdan BƏƏ vətəndaşı, 2000-ci il təvəllüdlü Abdulla Muhammed Ahmed Muhammed Albemairinin içərisində pasportu, adaptor, iki ədəd ətir və 2300 manat məbləğində pul olan əl çantası oğurlanıb.

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top