Bakıda zəhərlənməyə görə bağlanan məşhur dönərxana yenidən fəaliyyətə başladı


“Bir-iki dönər” dönərxanasında baş verən zəhərlənmə halı aradan qaldırıldıqdan sonra müəssisənin fəaliyyəti bərpa edilib.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, müəssisənin fəaliyyət məhdudlaşdırılıb: “Zəhərlənməyə səbəb olan faktlar aradan qaldırıldıqdan sonra müəssisə fəaliyyətini davam etdirir. Amma orada nəzarət tədbirləri güclədirilib”. 
Sədr qeyd edib ki, “Bir-iki dönər”dəki zəhərlənməyə emal prosesindəki nöqsan səbəb olub.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top