Mingəçevir sakinləri: “Zırpaket”in satışı qadağan olunubsa, niyə qarşısı alınmır?


Yenil il bayramı münasibəti ilə daha çox uşaqların, elə böyüklərin istifadə etdiyi priotexniki vasitələr Mingəçevir bazarında, bir neçə ərzaq mağazasının qarşısında, hətta şəhərdə qurulan  böyük yolkanın yanında açıq şəkildə satılır. Bu vasitələrin qulaqbatırıcı səsindən bezən şəhər sakinləri Yeniavaz.com-a narahatçılıqlarını ifadə ediblər.
Onlar qeyd ediblər ki, bu səsdən parkda da oturub istirahət edə bilmirlər, anidən partlayış səsi gələn zaman stres keçirirlər. Sakinlər bildiriblər ki, “zırpaket”in satışı qadağan olunubsa, niyə qarşısı alınmır?

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top